08 Sentyabr 2024 06:26

Göyçaylı şəhid bacısı hər kəsdən kömək istəyir

Azadsöz.az xəbər verir ki, serebral iflic xəstəliyindən əziyyət çəkən üç yaşlı Rüqayə Məmmədova ayaq üstə dayana bilmir, ayaqları və gözləri tutulmaq üzrədir.Təcili cərrahiyə əməliyyata ehtiyacı olan Rüqayə Məmmədovanın nənəsi və  şəhid bacısı Gülarə İsmayılova xalqa müraciət edərək kömək istəyir.Gülarə İsmayılova bildirir ki, Rüqayənin martın 1-dək  “Baku Medical Plaza”  Hospitalında cərrahiyə əməliyyatı üçün ilkin olaraq 2500 manat pul lazımdır.

Bildirək  ki, həkim Mahmud Mir əməliyyatdan sonra Rüqayə Məmmədovanın xəstəxanada 6 ay müalicə olunacağını qeyd  edib.Bunun  üçün  Gülarə İsmayılova nəvəsinin  əməliyyatdan sonrakı müalicəsinə də əlavə pul lazım olduğunu  vurğulayaraq,  hər  kəsdən  kömək  istəyir.

Xatırladaq  ki, ailənin  digər  övladı  1 yaşlı  Nuray Məmmədova isə ürək qüsurlu (parok) doğulub, müalicəsinə ehtiyac var.