23 Noyabr 2024 04:10

AQTİ bu rayonlar üzrə işləmək istəyən sakinləri görüşə dəvət edir

Azadsöz.az xəbər verir ki, martın 2-si saat 11:00-da İmişli Rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bununla bağlı, AQTA Qida Təhlükəsizliyi İnstitutunun qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən vətəndaşları görüşə dəvət edir. Qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq, balıqçılıq və balıqçılıq təsərrüfatı işi ixtisasına yiyələnmiş vətəndaşlar işlə bağlı müraciət edə bilərlər.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 1-dək qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaşlar pandemiya dövrünün tələblərinə uyğun, qəbula əvvəlcədən qeydiyyatdan keçdikləri siyahı və şəxsiyyətlərini təsdiq edən sənədlər əsasında buraxılacaqlar.

Ankara escort İstanbul Travesti Shemale İstanbul