Azadsöz.az xəbər verir ki, 84 yaşında vəfat edən xalq artisti, qoboy ifaçısı, bəstəkar və pedaqoq Kamil Cəlilov bu gün II Fəxri Xiyabanda dəfn olunub.
Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Kamil Cəlilovun əvvəlcə Bilgəh qəbiristanlığında dəfn olunması nəzərdə tutulsa da, sonradan dəfn mərasimi II Fəxri Xiyabana dəyişdirilib.