08 Sentyabr 2024 06:26

Göyçayda kafedə iş adamını güllələyən şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.Hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Rayonun Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev Göyçay şəhərindəki kafelərdən birində şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb.

Hadisəni törədən Vicay ləqəbli Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin Azərbaycandan Rusiyaya meyvə ixrac edən iş adamı olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)