Azadsöz.az xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Göyçay Peşə Liseyində ağacəkmə aksiyası keçirilib.
Göyçay Peşə Liseyinin əməkdaşları tərəfindən həyata keçirilən aksiyada əvvəlcə liseyin həyətyanı torpaq sahəsi quru ot, məişət tullantıları və kol-kosdan təmizlənib.
Daha sonra səliqəyə salınan torpaq sahəsi texnika vasitəsilə şumlanaraq hamarlanıb.
Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə təmizlənən həmin sahəyə müxtəlif növ ağaclar əkilib.