Azadsöz.az xəbər verir ki, İctimai TV-nin çəkiliş qrupu Laçın şəhərinə yollanıb.
Çəkiliş qrupu Laçın dəhlizindən görüntülər qeydə alıb.
Qeyd edək ki, uzun illər boyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla seperatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib.
Həmin görüntüləri təqdim edirik: