Azadsöz.az xəbər verir ki, sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış məlumatlara görə işğaldan azad olunmuş Füzuli rayonuna səfər edən müğənni Manaf Ağayev saxlanılıb.
Onun Füzuli rayonundan öz instagram hesabından bahalı avtomobillərlə yaydığı görüntülər geniş müzakirələrə səbəb olmuş, sonradan M. Ağayev həmin görüntüləri silmişdi.
Araşdırma zamanı onun işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olması müəyyən edilmiş və o bu gün axşam saatlarında Bakı şəhərində saxlanılıb.