Azadsöz.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) və Dünya Bankı Azərbaycana qrant ayrılması üçün müqavilə imzalayacaq.
5,25 milyon ABŞ dolları həcmində olan vəsait “Azərbaycana texniki yardım aləti” adlı layihə çərçivəsində ayrılacaq.
Vəsaitin Aİ tərəfindən ayrılacağı, layihənin isə Dünya Bankı tərəfindən icra ediləcəyi deyilir.
Layihə üç il müddətində Aİ-nin Azərbaycan üçün müəyyən etdiyi dörd strateji istiqamət və doqquz fəaliyyət sahəsi üzrə icra ediləcək.(Report)