03 May 2024 16:00

Fərqliliyimiz Uğurumuzdur

Məhkəmə DTX-nin saxladığı vəzifəli şəxslərlə bağlı qərar verdi

Azadsöz.az  Trend-ə istinadən  xəbər verir ki, Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.Saxlanılan Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə barədə məhkəmə qərar verib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə onlar barəsində istintaq orqanının təqdimatına baxılıb və Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. 

Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd  edək  ki, nazirliyin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilovun barəsində həbs qətimkan tədbirinin seçilib.