Azadsöz.az xəbər verir ki, “Qalatasaray” hücumçusu Oğulcan Çağlayanı icarəyə verib.
25 yaşlı futbolçu mövsümün sonuna qədər “Eyüpspor” klubunda çıxış edəcək. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ildən “Qalatasaray”da çıxış edən Oğulcan bu mövsüm 9 oyuna çıxıb.