18 May 2024 18:43

Orduda yeni tədris dövrü başladı

2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Müdafiə Nazirliyindən Azadsöz.az-a verilən məlumata görə, Azərbaycan Ordusunda təlim-tədris prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.