YAP şəhər və rayon təşkilatlarına yeni sədrlər təyin edildi

Azadsöz.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

 YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir hissəsinin  adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı – Ramil Orucov

Sumqayıt şəhər təşkilatı – Ramiz Hüseynov

Ucar rayon təşkilatı – Şəhla Abdullayeva

Ağdaş rayon təşkilatı – Əlişah Rəcəbov

Salyan rayon təşkilatı – Elmar Əhmədov

Göyçay rayon təşkilatı – Sahib Şükürov

Daşkəsən rayon təşkilatı – Meydanəli Yolçuyev