Azadsöz.az xəbər verir ki, Ermənistan Prezidenti Armen Sarkisyan istefa verib.
Bu barədə Armen Sarkisyan özü bildirib.
Armen Sarkisyan bildirib ki, Ermənistan Prezidenti postundan getməsi onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə bağlıdır.
O qeyd edib ki, qərarı heç də emosional deyil və müəyyən məntiqdən irəli gəlir. Onun sözlərinə görə, prezidentin hazırda xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri və alətləri yoxdur.