Azadsöz.az xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində bir ədəd sayğac, iki ədəd açar və giriş kabeli iki perimetr ətrafında yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yataqxana binası yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.