03 May 2024 17:11

Fərqliliyimiz Uğurumuzdur

Göyçay DYP-yə yeni rəis təyin olundu

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Bu barədə Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə baş leytenant Vüsal Həsənov Göyçay rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

V.Həsənov bu vəzifəyə qədər Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin tağım komandiri vəzifəsində çalışıb.