Azadsöz.az xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfərə gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazir ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçiriləcək açılış iclasında iştirak edəcək.
Ceyhun Bayramovun həmçinin ATƏT və Avstriya rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.