28 Noyabr 2024 21:45

Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub-FOTOLAR

Azadsöz.az xəbər verir ki, adı çəkilən ünvanda 2 girişli həyətdəki binanın 2-ci mərtəbəsində Bakı Qızlar Universiteti, alt qatda isə müxtəlif profilli qeyri-yaşayış sahələri yerləşir. Ağarəhim Rəhimov isə həyətə girişi bağlayaraq mülkiyyətçilərin hüquqlarını pozub.

Mülkiyyətçilərdən birinin qanuni təmsilçisi Ravil Novruzov məsələ ilə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib. Həmin müraciətin bir surəti də redaksiyamıza daxil olub.

“Ağarəhim Rəhimov 5 nəfər qonşunun və nümayəndəsi olduğum şəxsin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq giriş qapılarının qıfıllarını dəyişib. Əraziyə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş verib. Bununla yanaşı ekologiyaya ciddi ziyan vuraraq ünvanda yerləşən ağacları qanunsuz kəsdirib, qanunsuz tikililər inşa etdirib, o cümlədən evə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən qoydurub. Rektorun bu qanunsuzluğuna etiraz etdikdə isə bizə hədə qorxu gəlir”, deyə Ravil Novruzov müraciətində qeyd edib.

Saytımız iddialarla bağlı Ağarəhim Rəhimovla əlaqə saxlayıb. Rektor deyilənlərin doğru olmadığını bildirib:

“Həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsusdur. Dediyiniz şəxs isə binanın zirzəmisini zəbt edib. Hara müraciət ediriksə, xeyri yoxdur. Dəfələrlə polis gəlib, amma yenə də problem həllini tapmayıb. Bilmirik nə edək, kimə müraciət edək”.

Ravil Novruzov isə redaksiyamıza açıqlamasında rektorun iddialarının əsassız olduğunu bildirib:

“Əvvəla, həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsus deyil. Yalnız binanın ikinci mərtəbəsi universitetindir.İkincisi, Ağarəhim Rəhimovun zirzəmi adlandırdığı həmin yer binanın birinci mərtəbəsidir. Üçüncüsü, ora zəbt olunmayıb. Mənim yaxın qohumum orada mülkiyyətçidir. Əlində müvafiq sənədlər var. Həmin sənədləri sizə də təqdim edə bilərəm. Universitetə məxsus olan hansısa ərazi, qeyri-yaşayış sahəsi necə zəbt edilə bilər axı?

Qanunsuzluqla məşğul olan biz deyilik, Ağarəhim Rəhimovdur. Həyətə girişi bağlayıb, ağacları kəsib və s. Bununla bağlı müvafiq qurumlara şikayət etmişik. Təsəvvür edin, hər gün polis gəlir və bizə deyir ki, yaşlı adamdır yola verin”.

Şikayətçi həmçinin bildirib ki, Ağarəhim Rəhimov həmin binada mülkiyyət sahiblərinə hədə-qorxu gəlir:

“Deyir sizi bura buraxmayacam. Mənə deyir ki, evini satdıracam, səni küçələrdə qoyacam”.

Ravil Novruzov müvafiq sənədləri, o cümlədən ərazidən çəkilən fotoları da redaksiyamıza təqdim edib.

 

Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)

Ankara escort İstanbul Travesti Shemale İstanbul