19 Sentyabr 2024 04:58

Əməkdar artist Novruz Qartal vəfat etdi

Azadsöz.az xəbər verir ki, Əməkdar artist Novruz Qartal bu gün vəfat edib.

Bu barədə aktyor Əjdər Dadaşov məlumat yayıb.

Bildirək  ki, aktyor bir müddət öncə bağırsaq xərçəngi xəstəliyi səbəbindən Milli Onkologiya Mərkəzinə yerləşdirilərək əməliyyat olunmuşdu.

Qeyd edək ki, Novruz Qartal “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları ifa edib.

O, 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. N.Qartal bir neçə dəfə Prezident mükafatına layiq görülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com