Azadsöz.az xəbər verir ki, 29 dekabrda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində şəhid olmuş soydaşlarımızın ailə üzvlərini və qaziləri ziyarət edib.
Şəhid ailə üzvləri və qazilərlə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə səmimi söhbət aparıb, onları narahat edən problemlər və qayğıları ilə maraqlanıb.
Həmçinin söhbət zamanı Azərbaycan xalqının həmrəyliyi, birliyi nəticəsində əldə olunmuş Zəfər Qələbəsini xüsusi vurğulanıb və qarşıdan gələn yeni 2022-ci il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə öz təbrikini çatdırıb.
Görüşün sonunda şəhid və qazi ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.