23 Noyabr 2024 21:31

Göyçay rayon İcra Hakimiyyətindən qəzalı məktəblə bağlı-Açıqlama

15 dekabrda  Azadsöz.az -da  Göyçay rayonu Ə.Q.Qantəmir adına 9 nömrəli tam orta məktəbin acınacaqlı  vəziyyəti ilə  bağlı xəbər yayılmışdı.Məsələ ilə bağlı Göyçay rayon İcra Hakimiyyətindən  Azadsöz.az-a açıqlama daxil olub.

Rayondan bildirilib ki, “Göyçay şəhər 9 nömrəli tam orta məktəbdə əsaslı təmir işlərinin aparılması “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur”.

***

Azadsöz.az  xəbər  verir  ki, 
son günlər  sosial  şəbəkələrdə Göyçay rayonu Ə.Q.Qantəmir adına 9 nömrəli tam orta məktəbin acınacaqlı  vəziyyəti ilə  bağlı xəbərlər  yer almaqdadı.Sovet dönəmindən bu günə  kimi  qəzalı halda  olan  məktəb  artıq  tarixə qovuşmaq  üzrədir.

Belə  ki, məktəbin pəncərələri qırılıb, tavanı və döşəməsi çürüyüb.Məktəbin problemləri bununla da bitmir, qış  aylarında  yağan yağış  suları  otaqlara  dolur. Belə  bir  şəraitdə  təhsil alan  şagirdlərimizin gələcəyin ən peşəkar kadr olması  arzusunu  sual  altında  qoyur.

İnanır  ki, tezliklə  Göyçay rayon Təhsil Şöbəsi  məsələ  ilə  bağlı   Təhsil  Nazirliyinə  müraciət  edəcək.Unutmayaq  ki,  təhsilimizin  inkişafı  düzgün  xidmətdən  aslıdır.

Qarşı  tərəfin  mövqeyini  işıqlandırmağa  hazırıq.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul