19 May 2024 08:09

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun oğlu qalib oldu-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Uşaq Gənclər İdman Şahmat məktəbində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şahmat oyunu üzrə açıq birinciliyə  yekun vurulub.

44 günlük Vətən müharibəsində şəhid olan, Qubadlı fatehi polkovnik-leytenant Vidadi Xəlilovun oğlu  Əli  Xəlilov öz yaşıdları arasında keçirilən “Şahmat”  yarışında I-ci yeri  qazanaraq, diplomla təltif olunub.

 

 

Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun oğlu qalib oldu