19 Sentyabr 2024 05:10

İcra başçısı müşavirə keçirdi-FOTO

Azadsöz.az  xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin  rəhbərliyi  ilə  müşavirə keçirilib. Keçirilən müşavirədə rayonda aparılan peyvəndlənmə prosesinin vəziyyəti və digər cari məsələlər müzakirə edilib.Müşavirədə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri  iştirak  ediblər.

Geniş tərkibdə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi addımlar atılır.

Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərin əhəmiyyətliyini vurğulayan rayon rəhbəri qabaqlayıcı tədbirlərin daha ciddi davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb və bildirib ki, bu günkü müşavirənin keçirilməsində əsas məqsəd əhali arasında kollektiv immunitetin yaradılması, epidemiya və pandemiyanın qarşısının alınması, eyni zamanda ölüm riskinin azaldılması olan vaksinasiya prosesinin sürətləndirilməsidir.

Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Daha  sonra  müşavirədə digər cari məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilmişdir

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com