Azadsöz.az xəbər verir ki, ötən ay gündəmi zəbt edən 8 noyab “Zəfər günü” tədbirində rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin çıxışı zamanı şəhid Toğrul Hacıyevin 4 yaşlı qızı Ləman şeir deməyə başlayıb. Şəhid övladının bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. Rayon rəhbərinin bu hadisəyə reaksiyası yenədə şəhid övladına qarşı diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verib.
Qeyd edək ki, 08 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyəti, Ağdaş Regional Mədəniyyət İdarəsinin Göyçay rayon şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay Uşaq Musiqi Məkətbinin akt zalında Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Nizami ölməzliyi” adlı tədbirdə balaca qızımızın dediyi şeir yenədə maraqla qarşılanıb.
Xatırladaq ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin Ləmanla yanaşı, iki yaşlı Tunar adlı oğlu da Vətənə yadigar qalıb.