“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.
Azadsöz.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun 1 illik fəaliyyətinə dair mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.
Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Ali Təhsil Şurası ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.