03 May 2024 19:25

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda ağır yol qəzası baş verib-Bir polis öldü,digəri xəsarət aldı

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Məzahir Mirzəliyev “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Məzahir Mirzəliyev xəsarət aldığı üçün xəstəxanaya aparılıb, onun sərnişini Murad Babayev hadisə yerində dünyasını dəyişib.

Ölən və xəsarət alan hər iki şəxs polis əməkdaşıdır.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, M.Mirzəliyev Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdı, M.Babayev isə polis şöbəsində rabitəçi vəzifəsində çalışırdı. Hər iki şəxs bu yaxınlarda polis şöbəsində xidmətə başlamışdı.(apa)