28 Noyabr 2024 05:35

DSX-nin giziri Zəngilanda minaya düşdü

Azadsöz.az xəbər  verir  ki, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul