Azadsöz.az xəbər verir ki, Ermənistanın Şirak əyalətində hərbi hissə yaxınlığında partlayış olub.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İstintaq Komitəsinin Şirak rayonu üzrə İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi açıqlanmır.