05 May 2024 03:08

Fərqliliyimiz Uğurumuzdur

Göyçay sakini bıçaqlandı-FOTO

Azadsöz.az  xəbər verir ki, Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

Hadisə bu gün axşam Göyçay şəhərində qeydə alınıb.

Rayon sakini Hüseynov Fərid Rza oğlu həmyerlisi Məmmədov Vüsal Elçin oğlunu bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal Məmmədov Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.(apa)

 

Məmmədov Vüsal Elçin oğlu, bıçaqlanan şəxs