23 Noyabr 2024 21:15

Ermənistan tərəfi dövlət sərhədində artilleriya qurğularından istifadə edir – RƏSMİ

Azadsöz.az  xəbər verir  ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Ankara escort İstanbul Travesti Shemale İstanbul