03 May 2024 16:00

Fərqliliyimiz Uğurumuzdur

Göyçaylı şəhid Suraxanıda anıldı-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, Suraxanı rayonu Yeni Günəşli yaşayış sahəsinin sakini , əslən Göyçaylı olan Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunan əsgər Kərimov Əhməd Vaqif oğlunun ailəsi Göyçaydan gələn bir qrup nümayəndə tərəfindən ziyarət olunub.

Şəhidin ildönümü ərəfəsində Göyçay rayonundan gələn nümayəndə qəhrəmanın uyduğu qəbiristanlıqda olaraq, şəhidin məzarı üzərinə tər qərənfillər düzərək, ruhu ehtiramla yad olunub. Göyçay rayon icra hakimiyyıti aparatının məsul əməkdaşı Yüsif Cəbrayılov, Şəhd ailələrinə Qayğı cəmiyyətinin Göyçay rayon şöbəsinin sədri Eldəniz Rüstəmov, “Göyçay” qəzeti, Göyçay informasiya agentliyi saytının və NarTv youtube kanalının baş redaktoru Anar Nağıyev çıxış edərək Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, Qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daim yaddaşlarda qalacağını, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunduğu diqətə çatırıldı. Bildirilib ki, döyüşlər zamanı qəhrəmancasına vuruşaraq canlarını fəda edən şəhidlər öz qanları ilə tarix yazdılar və onlar daim qəlblərdə yaşayacaqlar. Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışılıb, noyabrın 8-də bu Qələbənin birinci ildönümünün ümumxalq təntənəsinə çevrildiyi vurğulanıb. Şəhid ailələri və qazilərimiz dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirən nümayəndə heyyəti rayon ira hakimiyyəti adından şəhidin ailəsinə başsağlığı verərək “Döyüşlərdə fərqlənməyə görə” medalını və Göyçayın şəhidləri haqqında kitabı şəhidin anasına təqdim edib.
Sonda şəhid Əhməd Kərimovun yaşadığı evdə olan nümayəndələr igid, qəhramanın qısa lakin mənalı və şərəfli ömür yoluna nəzər salaraq, şəhidin yaşadığı ünvanda Xatirə lövhəsi ilə tanış olublar.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Bildirək ki, Şəhid Əhməd Kərimov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Füzulinin azad olunmasına görə”, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.(gundem)

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb

Əslən Göyçaylı olan şəhid Suraxanıda anılıb