05 May 2024 10:33

Fərqliliyimiz Uğurumuzdur

Ceyhun Bayramov Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azadsöz.az xəbər  verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı öz tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: 

“Qardaş Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü anım günündə ehtiramla yad edirik”.

C. Bayramov, bununla yanaşı, ümumilli lider Heydər Əliyevin Atatürklə bağlı sitatını da xatırladıb: “Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər də azərbaycanlılar üçün əziz və hörmətlidir”.