Azadsöz.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ”ın da yer aldığı H qrupunda günün ikinci oyunu keçirilib.
Kiprdə yerli “Omoniya” İsveçrə “Bazel”ini qəbul edib. Oyunda qalib müəyyənləşməyib.
1:1 hesablı heç-heçə “Omoniya”nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itirib.
Bununla da həm “Bazel”, həm də günün ilk matçında “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupdan çıxmağı təmin edib. Ağdam klubu Azərbaycan futbolu tarixində qrup səddini adlayaraq mövsümün ikinci hissəsində mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.
Tarix yazan “Qarabağ” “Omoniya”nın xal itirməsi ilə qrupdan çıxıbsa, “Bazel”in büdrəməsi ilə liderliyə yüksəlib.
Təmsilçimiz “Bazel”lə mübarizədə birinci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.
Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də “Bazel”in qonağı olacaq.