23 Noyabr 2024 20:40

Uşaq bağçasına şəhidin adı verildi

Azadsöz.az  xəbər  verir  ki, 4 noyabr  2020-ci ildə 44 günlük Vətən  Müharibəsində   şəhidlik zirvəsinə yüksələn Göyçay şəhər sakini Vasif Əlibala oğlu Məmmədovun  ildönümü Göyçayda Şəhidlər  Xiyabanında məzarı önündə qeyd olunub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və şəhər sakinləri  iştirak ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd etdi ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Azərbaycan xalqı, əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi.44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə nəticələndi.Bu zəfər qələbəsi idi.

Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu. Vasif  Məmmədov   kimi  igidlərimizin  şücaəti  və qəhrəmanlığı  sayəsində  Azərbaycan xalqının  yurd  həsrətinə son qoyulduğunu diqqətə çatdırdı.Rayon  İcra başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin  Vasif  Məmmədovun ölümündən  sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzuli rayonunun azad olunmasına görə”  və “Şuşanın azad olunmasına görə”  təltif  etdiyi medallarını şəhidin  ailəsinə  təqdim  etdi.

Daha  sonra şəhid  Vasif  Məmmədov adına Göyçay  şəhər  11 nömrəli Uşaq  baxçasının  açılışı  olub. Açılışda çxış  edənlər şəhidimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar. Tədbirin  sonunda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.

 

Xatırladaq ki, 4 noyabr  2020-ci ildə 44 günlük Vətən  Müharibəsində şəhid olan  Vasif Əlibala oğlu Məmmədov  12 noyabr  1994-cü ildə  Göyçay  şəhərində anadan olub.

Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də   Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində  iştirak  edib. Noyabrın 4-də şəhid olub. Göyçayda  Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Vasif Məmmədov ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzuli rayonunun azad olunmasına görə”  və “Şuşanın azad olunmasına görə”  medalları ilə  təltif edilib.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul