22 Noyabr 2024 02:15

Gəncədə Əhməd Cavadın barelyefinin açılışı olub – FOTO

Azadsöz.az  xəbər verir ki, Gəncədə böyük istiqlal şairi, tərcüməçi, professor Əhməd Cavadın yaşadığı evin üzərindəki barelyefin açılış mərasimi keçirilib.Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şairin nəticəsi Cavad Axundzadə, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Tədbir, sözləri dahi şair Əhməd Cavada aid olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra şairin nəticəsi və şəhər İH başçısı tərəfindən barelyefin üzərindəki ağ örpək götürülüb, önünə tər güllər düzülüb.

Mərasimdə çıxış edənlər şairin həyat yolundan, Azərbaycan ədəbiyyatına verdiyi mühüm töhfələrdən, o cümlədən şairin Gəncəyə olan bağlılığında söz açıblar. Bildirilib ki, Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi. Elə bu hörmət və ehtiramın əlaməti kimi Axund Məmmədəli oğlunun adını Cavad qoyub. Atasının vəfatından sonra Əhməd Cavad anası ilə bərabər 1906-cı ildə Gəncəyə köçüb. Onun bu şəhərə olan bağlılığı, saf sevgisi demək olar ki, əksər şeirlərində əks olunub. Repressiya qurbanı olan Əhməd Cavad1937-ci il iyun ayının 4-də həbs edilib, heç yerə sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.

Çıxışlardan sonra Əhməd Cavadın nəticəsi Cavad Axundzadə və şairin kötücəsi Nərgiz Əhmədqızı barelyefin təşkilində əməyi olan hər kəsə öz dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə şairin müəllifi olduğu “Gəncəm, Hey!..” şeiri və ona bəstələnən mahnı səsləndirilib.

Qeyd edək ki, barelyef Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər Nizami Bələdiyyəsinin təşkilatçılığı ilə hazırlanıb.(apa)

Gəncədə Əhməd Cavadın barelyefinin açılışı

Gəncədə Əhməd Cavadın barelyefinin açılışı

İstanbul trv istanbul travestileri