Azadsöz.az xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda mansarda tipli çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsi, qoruyucu açar, 36 ədəd elektrik açarı, 36 ədəd elektrik sayğacı və şaxta boyunca 1260 p.m elektrik kabeli yanıb.
Bu barədə FHN məlumat yayıb.
Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər və mansar da yanğından mühafizə olunub. Yanğın söndürülüb.