22 Noyabr 2024 20:16

Əli Əsədov qərara dəyişiklik etdi

Azadsöz.az  xəbər  verir  ki, Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, büdcə gəlirlərinin təsnifatı üzrə “Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə görə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsi” anlayışı “Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəzlənib.

Bundan başqa, “şəxslərin işə qoşulması barədə ərizə” anlayışı “şəxsin işə qoşulması barədə ərizənin verilməsi”, eləcə də “məhkəmələrə verilmiş iddia ərizələri” anlayışı “məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi” anlayışı ilə əvəz olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul