Xatırladaq ki, Dadaşlı Məşhədi Orxan Elxan oğlu 1997-ci il yanvarın 25-də Lənkəranın Darquba kəndində anadan olub. 2002-ci ildə Lənkəran şəhər Azad Babayev adına 8 saylı orta məktəbin 1-ci sinfinə gedib.2013-cü ildə orta məktəbi bitirib. Vətən qarşısında xidmət borcunu yerinə yetirmək üçün 2014-cü ildə yanvarın 26-da hərbi xidmətə gedib.Gədəbəy rayonunda hərbi xidmət keçən Orxan Dadaşlı daima düşmənə qarşı intiqam hissi ilə yaşayıb. Hər an döyüş əmrini gözləyib ki, yağı düşmənləri əzəli torpaqlarımızdan qovaraq, vətən həsrətinə son qoysun. Hərbi xidmətini layiqincə başa vurub,qayıdan Orxan Dadaşlı özünə heç rahatçılıq tapmayaraq, düşmənə qan uddurmağı arzulayırdı.2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində şəhid igidimiz 30.09.2020-ci ildə Ağcabədidə yerləşən` 704 saylı hərbi hissəyə yollanır.İki gündən sonra qəhrəmanımız həmin hərbi hissədən döyüş bölgəsinə gedir.
Döyüş meydanına atılan Orxan Dadaşlı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut rayonlarında döyüş yolu keçərək, düşmənin canlı qüvvəsini məhv etməyi bacarır.2020-ci il oktyabrın 20-dən 21-ə keçə gecə yaralanır.Doqquz gün Hərbi Hospitalda müalicə almağına baxmayaraq, Vətən eşqi, intiqam hissi igidimizi rahat buraxmır .2020-ci il oktyabrın 30-da yenidən Ağcabədidə yerləşən` 704 saylı hərbi hissəyə ordanda Qubadlıya ön cəbhəyə yollanır. Noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.Lənkəranda dəfn olunub.
Qeyd edək ki, Dadaşlı Məşhədi Orxan Elxan oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il, 24.12.2020-ci il və 29.12.2020-ci il il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Azadsöz.az həmin videoçarxı sizlərə təqdim edir:
(şairə və pedaqoq Zəminə Məmmədova)
VIDEO
Baxış sayı: 721
Continue Reading