Azadsöz.az xəbər verir ki, İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salmaq qərarına gəlib .
Belə ki, oktyabrın 17-də keçirilməli olan
Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.
Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.
Xatırladaq ki, 8 turdan sonra “Real” La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.