22 Noyabr 2024 02:23

“Necə oldu ki, oğru oldu”?-Hekayə/ Səbuhi Eltonlu

Azadsöz.az  xəbər  saytının  təsisçisi,baş  redaktoru, jurnalist  və  yazar Səbuhi  Eltonlunun “Necə oldu ki, oğru oldu”?  adlı  hekayəsini  təqdim  edirik:


“Necə oldu ki, oğru oldu”? 


Samir universitetə hər gün avtobusla gəlib-gedirdi.Artıq  o,həyatın bu təkrarına alışmışdı.Gündəlik istifadə etdiyi avtobusda nə qədər sıxlıq olsa da irəliyə keçib sürücüdən saxlamasını xahiş etmirdi.Bilirdi ki, “Gənclik” metrosunun yanındakı dayanacaqda saxlayacaq, seyrəklik  olduğu  üçün düşməyə məqam yaranacaq.Bəzən sıxlıq yaranan  avtobusda görmədiyi dost-tanışla seyrəklik zamanı rast gəlirdi.Məcbur olurdu ki, öz gediş haqqı ilə yanaşı,onun da gediş haqqını versin.Çox vaxt üstündə  artıq pul olmadığı  üçün ya özünü görməməzliyə vururdu, ya da avtobus da sıxlıq yaranan an yarı yolda düşüb universitetə piyada  gedirdi.Həmişə sıxlığına  öyrəşdiyi avtobus  Samirin bəxtindən həmin gün çox seyrək idi.Avtobusa minəndə oxuduğu universitetdə oxuyan dostu Arazla rastlaşdı.Başları söhbətə necə qarışmışdısa “N.Nərmanov” metrosuna  çatdıqlarını  unutmuşdular.Sürücü metronun yanındakı dayanacaqda saxlayıb aşağı düşdü.Samir üstündə artıq pul olmadığı üçün, Arazın o an telefonla danışmağından,sürücünün  olmamağıdan və sərnişinlərin  başlarının qarışıq  olmasından  istifadə  edərək sürücünün pul yığılan yerinə yaxınlaşıb, 20 qəpik götürdü.Sonra  da arxaya dönüb baxdı ki, onu görən olmadı.Bəlkə də görən var  idi, amma bəxtindən heç kəs bir söz demədi.O, oğurluq etdiyini bilirdi, ancaq bunu etməli idi. “Gənclik” metrosunun yanındakı dayanacaqda  öz  pulunu, bir də götürdüyü, başqa sözlə desək, oğurladığı pulu verib, Arazla düşdü.Yol boyu öz-özünə düşündü axı, etdiyi hərəkət  oğurluq deyil.Götürdüyü pulu yenidən yerinə qoydu.

                               

İstanbul trv istanbul travestileri