22 Noyabr 2024 09:14

Lənkəranlı şəhid igidimizin döyüş yolu-FOTOLAR

Azadsöz.az  xəbər  verir ki, 44 günlük  Vətən  Müharibəsində hər bir Azərbaycan vətəndaşı  Prezident İlham Əliyevin Qarabağ Azərbaycandır! ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızı azad etməklə yurd, Vətən sevgisinin hər şeydən üstün olduğunu bir daha sübut etdi.

Vətən  Müharibəsi  zamanı  Azərbaycanın hər bir guşəsindən döyüşə yollanan igidlərimiz  qələbə zəfəri ilə tarixin yaddaşına adlarını əbədi  olaraq  həkk etdirə  bildilər.Belə  oğullarımızdan  biri də  Lənkəranın Darquba  kəndindən olan  şəhid  Dadaşlı  Məşhədi  Orxan Elxan oğludu.

Dadaşlı  Məşhədi  Orxan Elxan oğlu 1997-ci il  yanvarın 25-də Lənkəranın Darquba  kəndində anadan olub. 2002-ci ildə Lənkəran  şəhər Azad Babayev  adına 8 saylı  orta  məktəbin  1-ci  sinfinə  gedib.2013-cü ildə orta  məktəbi  bitirib. Vətən  qarşısında  xidmət  borcunu  yerinə  yetirmək  üçün 2014-cü ildə  yanvarın 26-da  hərbi  xidmətə  gedib.Gədəbəy  rayonunda  hərbi  xidmət  keçən  Orxan  Dadaşlı daima  düşmənə qarşı  intiqam  hissi  ilə  yaşayıb. Hər  an  döyüş  əmrini  gözləyib ki, yağı  düşmənləri  əzəli torpaqlarımızdan  qovaraq, vətən  həsrətinə  son  qoysun. Hərbi  xidmətini layiqincə  başa  vurub,qayıdan Orxan  Dadaşlı  özünə  heç  rahatçılıq  tapmayaraq, düşmənə qan uddurmağı  arzulayırdı.2020-ci il sentyabrın 27-də başlanan  Vətən  Müharibəsində şəhid  igidimiz 30.09.2020-ci  ildə  Ağcabədidə  yerləşən` 704 saylı  hərbi  hissəyə  yollanır.İki  gündən sonra  qəhrəmanımız həmin hərbi  hissədən döyüş bölgəsinə  gedir.

Döyüş meydanına  atılan  Orxan  Dadaşlı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və  Hadrut  rayonlarında döyüş  yolu  keçərək, düşmənin  canlı  qüvvəsini  məhv  etməyi  bacarır.2020-ci il oktyabrın  20-dən  21-ə  keçə  gecə  yaralanır.Doqquz  gün  Hərbi Hospitalda müalicə  almağına baxmayaraq, Vətən  eşqi, intiqam  hissi  igidimizi  rahat  buraxmır .2020-ci  il  oktyabrın 30-da yenidən Ağcabədidə  yerləşən` 704 saylı  hərbi  hissəyə ordanda  Qubadlıya  ön  cəbhəyə  yollanır. Noyabrın 7-də Şuşa uğrunda  gedən  döyüşlərdə şəhid olub.Lənkəranda  dəfn olunub.

Qeyd edək ki, Dadaşlı  Məşhədi  Orxan Elxan oğlu  Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il, 24.12.2020-ci il və 29.12.2020-ci il   il tarixli Sərəncamına əsasən  ölümündən sonra  “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları  ilə  təltif  olunub.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

İstanbul trv istanbul travestileri