Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olan Orxan Kərimlinin anım günüdür.Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub.2007-ci ildə Göyçay rayonu, Nizami Gəncəvi adına 7 saylı orta məktəbin 1-ci sinfinə gedib.2018-ci ildə orta məktəbi bitirib.Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqjunaslıq” ixtisasına qiyabi daxil olub.2019-cu il oktyabrın 9-da hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Orxan Kərimli oktyabrın 9-da Murovdağ döyüşləri zamanı şəhid olub. Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Kərimli ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.