Azadsöz.az xəbər verir ki, Göyçayda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb.Kənd sakini 1957-ci il təvəllüdlü Sadiq Sadiqov həmyerlisi – 1966-cı il təvəllüdlü Həmzə Məmmədovu döyüb. Onların arasında baş verən dava zamanı Sadiq Sadiqovun oğlu, 1990-cı il təvəllüdlü Allahverən Sadiqov Həmzə Məmmədova hücum edərək onu bıçaqlayıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov da təsdiqləyib.Hadisəni törədən ata və oğul polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)