Azadsöz.az xəbər verir ki, bu gün 44 günlük Vətən Müharibəsində şəhid olmuş Göyçay rayon Cəyirli kənd sakini Ömərli Kənan Elxan oğlunun, Çərəkə kənd sakini Şirinov Eldar Bağır oğlunun ildönümü qeyd olunub.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarlarıı önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib. Bildirdi ki, 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti siyasi iradəsi və ordumuzun gücü qüvvəsi nəticəsində Zəfərlə, Qələbəylə yekunlaşdı. 30 ilə yaxın davam edən həsrətə son qoyuldu.
Həmçinin tədbirdə şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.