27 İyul 2024 03:28

Beynəlxalq Müəllimlər gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Göyçay rayon Təhsil Şöbəsinin müdir əvəzi Rahib Burcalıyev bütün təhsil işçilərini təbrik edərək çıxışına ulu öndər Heydər Əliyevin müəllimlər haqqında söylədiyi fikirlərlə başlayıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb.

Sonra rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış edərək, ilk öncə bütün təhsil işçilərini 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə təbrik edib. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən 24 oktyabr 2013-cü il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müəllim amilinə, müəllim hazırlığının təkmilləşdirilməsinə və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasına xüsusi önəm verilir. Z.Zeynalova Rayon İcra Hakimiyyəti başçısının rayon müəllimlərinə ünvanladığı təbrik məktubunu videokonfrans iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən müəllimlər qeyd ediblər ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Sonda müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və tədbirin təşkilinə görə Rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildiriblər.

Bir 1 kişi ve iç mekan görseli olabilir