Azadsöz.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi olub
Özbəkistanda keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestival çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, müəllimlər, tələbələr və jurnalistlər iştirak edib.
Açılışa Azərbaycan nümayəndə heyətinin üzvləri-Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, və digərləri qatılıb
Açılışda iştirak edənlər Azərbaycan kinosunun şərəfli bir yol keçdiyini, dünya kino tarixinə qiymətli sənət əsərləri bəxş etdiyini bildiriblər. Həmçinin çıxış edənlər qeyd ediblər ki, Azərbaycan kinematoqrafçıları son 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımız haqqında müxtəlif sənədli və bədii filmlər çəkib və 44 günlük Vətən Müharibəsindən sonra bu iş daha sürətlə davam edir. eyni zamanda torpaqlarımızın erməni işğalından azad etdilməsi haqda sənədli və bədii filmlərin daha çox çəkilməsinin və dünyada yayılmasının vacibliyini bildiriblər.
Mərasimin sonunda Orman Əliyevin 44 günlük Vətən müharibəsindən bəhs edən “Biz” sənədli filmi nümayiş etdirilib.