“İşğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə obyektə maliyyə yardımının göstərilməsinin texniki mərhələsinə başlanıb”.
Azadsöz.az xəbər verir ki, bunu Azərbaycan-Yaponiya İnvestisiya Forumunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda ayrılacaq vəsaitlər müəyyən edilir: “Bundan əlavə olaraq, ekologiya ilə bağlı bir neçə iri layihə planlaşdırılıb. Çünki Qarabağda bizim təkcə tarixi abidələrimiz deyil, eyni zamanda, təbii sərvətlərimiz, ekologiyamız, 10 min hektarlarla ərazimiz, ağaclarımız məhv olub. Qarabağ Dirçəliş Fondu olaraq ekologiya layihələrinə də vəsait ayırmaq istəyirik. Bununla bağlı, artıq Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə memorandum imzalamışıq”.
O qeyd edib ki, ötən həftə Azərbaycanın bir neçə böyük şirkəti memoranduma qoşulmaq istəyini ifadə edib:
“Həmin şirkətlər də büdcə ayıracaq. Bir neçə potensial investorlarla danışıqlarımız aparılır. Bu layihələr alternativ energetika ilə bağlıdır. Yaxın gələcəkdə iqtisadi strategiya təsdiq edildikdən sonra fond olaraq investorlar üçün müəyyən xidmətlər də göstərəcəyik”.