23 Noyabr 2024 18:47

Bu gün Azərbaycanın əməkdar artisti, aktyor Ələkbər Hüseynzadənin doğum günüdür-FOTOLAR

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan teatr , kino aktyoru  və əməkdar artist Ələkbər Hüseynzadənin  doğum  günüdür.Ələkbər Hüseynzadə 3 oktyabr 1887-ci ildə Bakıda zərgər ailəsində doğulub. Beş il mollaxanada oxuyub və sonra rus-tatar məktəbində təhsilini davam etdirib.İlk dəfə səhnə müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə  Nəcəf bəy Vəzirov  quruluşunda “Tamahkarlıq düşmən qazanır” (Vasaq Mədətov) tamaşasında Molla Cəbi rolunda çixıb. Bu gündən sonra müxtəlif teatr truppalarında çıxış edən Ələkbər Hüseynzadə əsasən komediya aktyoru kimi tanınıb.

Ələkbər Hüseynzadə 1913-cü ildə tamaşaya qoyulan “Arşın mal alan”da Soltan bəyin ilk ifaçısı kimi böyük şöhrət qazanmış və uzun illər həmin rolun ən yaxşı yaradıcısı olmuşdur.”Arşın mal alan”  filmində də Soltan bəy roluna məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor “Nicat” və “Müdiriyyət” truppalarında dramatik rollarla yanaşı, musiqi əsərlərindən “Məşədi İbad”da Hambal və Məşədi İbad, Zülfüqar bəy Hacıbəyovun “Ər və arvad”ında Kəblə Qubad rollarını da oynayıb, müxtəlif operalarda da çıxış edib.

1920-ci ilin mayında bugünkü Milli Dram Teatrı yenidən formalaşanda onun truppasına Ələkbər Hüseynzadə də daxil olub. Yaradıcılığı əsasən realizmi, səmimiyyəti və həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək olar: Hacı Qara və Kərəməli (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Şeyx Nəsrulla və Hacı Həsən ağa (“Ölülər”, Mirzə Cəlil Məmmədquluzadə), Həsən (“Ac həriflər”), Hacı Fərzəli (“Dursunəli və ballıbadı”, Sultanməcid Qənizadə), Molla Cəbi (“Molla Cəbi”, Mirmahmud Kazımovski), Təlxək və Hacı Səməd ağa, Kərbəlayı Bəndəli və Mirzə Qoşunəli (“Pəri cadu” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Hüseynqulu, Hacı Salman, Hacı Məmmədhüseyn və Məşədi Cavad (“Dövlətibisəmər”, İsmayıl Rüstəmbəyov), Yolçu, Ədhəm xan və Şah Sultan Hüseyn xan (“Nadir şah”, Nəriman Nərimanov), İsgəndər xan (“Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), Serqo (“Şeyx Sənan”, Hüseyn Cavid), Zabit və Abdulla çavuş (“Vətən”, Namiq Kamal), Qraf İqnatov (“Sultan Əbdüləzizin xəli”, Mehdi bəy Hacınski), Yuhan, Saman (“Ərmənusə” və “Xalid ibn Valid”, Yusif Talıbzadə), “Boqdan (“Tamahkarlıq”, Əhməd Qəmərli), Lodoviqo (“Otello”, Vüyam Şekspir), Molla Nəsrəddin (“Molla Nəsrəddin”, Qulamrza Şərifzadə), Əmir (“Yezid ibn Müaviyyə”, Mehdi Hacıbababəyov — Hacınski), Türen (“1812-ci il” və yaxud “Moskva yanğını”, Baxmetov), Şeyxülislam, (“Köhnə Türkiyə”, Rza Zaki Lətifbəyov), Kərbəlayı Vəli (“Pulsuzluq”, İvan Turgenevdən təbdil edəni Ceyhun Hacıbəyli), Yuvil (“Uriel Akosta”, Karl Qutskov), Babakişi, Hacı Əhməd, Allahverdi (“Sevil”, “Almaz” və “1905-ci ildə”, Cəfər Cabbarlı).

Aktyor “Arşın mal alan” operettasındakı Soltan bəy rolunu opera teatrının və Musiqili Komediya Teatrının quruluşlarında da oynayıb. O bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa edib. Onun bu ifası hələ inqilabdan əvvəl Azərbaycan və rus mətbuatında, eləcə də Üzeyir  Hacıbəyov  tərəfindən yüksək qiymətləndirilib.

Ələkbər Hüseynzadə Bakıda Sultan Muradovun “Kəblə Xudu”, Əliağa Vahidin “Milli meyxana”, Baba Qubinskinin “Yeni kupletlər” oyun-məzhəkələrini tamaşaya hazırlayıb.

Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.

Əməkdar artist Ələkbər Hüseynzadənin  çəkildiyi  filmlər:
Arşın mal alan (1916, tammetrajlı bədii film) – aktyor (Soltan bəy)
Qız qalası (1924, tammetrajlı bədii film) – aktyor (əyan)
Altıncı hiss (1935, tammetrajlı bədii film) – aktyor (böyük buruq ustası Hüseynov)
Almas (1936, tammetrajlı bədii film) – aktyor (Hacı Əhməd)
Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – aktyor (Soltan bəy)
Qara daşlar (1956, tammetrajlı bədii film) – aktyor (Ağanemət)
Mahnı belə yaranır (1957, tammetrajlı bədii film) – aktyor (molla Hacımed)
Kölgələr sürünür (1958, tammetrajlı bədii film) – aktyor (Murtuz)
Ögey ana (1958, tammetrajlı bədii film) – aktyor (Ayazın atası)
Səhər (1960, tammetrajlı bədii film) – aktyor (kəndli)
Bizim küçə (1961, tammetrajlı bədii film) – aktyor
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor
Böyük dayaq (1962, tammetrajlı bədii film) – aktyor (kəndli)
Əmək və qızıl gül (1962, tammetrajlı bədii film) – aktyor (çeçen)
Sehrli xalat (1964, tammetrajlı bədii film) – aktyor (qoca)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – aktyor (qoca), filmi səsləndirən (yerli erməni)

Алекпер Гусейн-заде (Ələkbər Hüseynzadə) - актёр - биография - советские актёры - Кино-Театр.Ру

Operadan ekrana aparan yolun yolçuları

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul