07 May 2024 02:43

Fərqliliyimiz Uğurumuzdur

Bu gün aktyor Cümşüd Zeynalovun doğum günüdür

Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru  Cümşüd  Zeynalovun doğum günüdür. Cümşüd  Zeynalov 1982ci il oktyabrin 2-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. İlk təhsilini 1989-2000 ci illərdə Habil Əzizov adına Vurğun qəsəbə orta məktəbində oxuyub. 1994-1999 illərdə Hüseyn Arif adına musiqi məktəbində qarmon sinfində təhsil alıb.2001-2002 illərdə hərbi xidmətdə  olub.Hərbi  xidmətdən  geri  qayıtdıqdan  sonra   2003-2007- ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyorluğunu  bitirib.
 
Cümşüd Zeynalov  2007-2008 ci illərdə Bakı Bələdiyyə teatrıında, 2012-2014cü illərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərkibində Vahid Satira Teatrında  aktyor  kimi  çalışıb.2012ci ildən Azərbaycan Akademik Milli Dram Teatrında  işləyir. Gənc  aktyorun  yaradıcılığına  nəzər  salsaq, milli teatr və kino sənətinin inkişafında bənzərsiz rollar  yaratdığının şahidi olaraq.

Gənc  aktyorumuzun yaradıcılığının  bir hissəsini  sizlərə  təqdim edirik:

Bakı Bələdiyyə Teatrı

Oktov (Skapenin Kələkləri)

Kəndli (Nadir Şah)

Azər əsgəri (Türk sancağı)

Jurnalist (Daşa dönmüş ürəklər)


Vahid Satira Teatrı

İdmançı (Yolunu azmış sərnişinlər)

Kişi (Kor Kürsü)


Gənc Tamaşaçılar Teatrı

Aydın (Sən həmişə mənimləsən)


Akademik Milli Dram Teatrı

Sakin (Qatarın altına atılan qadın)

Polis (Anamın kitabı)

Ayı, Həkim (Qaraca qız)

Redaktor (Sənətkarın taleyi)

Quldur Əhməd (Biri vardı biri yox..)

Polis (Nazirin xanımı)

Ceyranzadə (Mənim günahım)

Majardon (Kölgə)

Dəmirqaya (Əmir Teymur)

Şair (Laləli düzən)

Polis (Generalın son əmri)

Keçəl (Keçəlin şahlığı)

Əhməd (Aldanmış ulduzlar)

Bobçinskiy (Müfəttiş)

Zindanbaşı (Qətibə İnanc)

Nazir Ağabəşir Ağa (Lənkəran xanının vəziri)

Kosa (Kosanın qızı)

Skripkaçı, Professor Armud (Çipollino)

Həkim Bayquş ( Buratino)


Serial

Qəssab Arif (Qız yükü)

Polis (Tacirlər)

Əsgərliyə gedən (Yalan)

Cümşüd (Tahirənin intiqamı)

Müstəntiq (Qeyri adi cihaz)

Xəstə (Məcnunlar)

Müğənni (100000 Manat)

Şaxta Baba (Üç görüş)

Cümşüd (Bizim Yek 1-4)

(Gəl təzədən evlənək)

Vilayət (Yollara uzanan gün)

Yəhya gülü (Əli və Nino)

Elşad (İmtahan)

Sahib (Uçurum)

Aydın (Bir qadın)

Nizami (Bizim restoran)

Div (Cırtdan Meqa Şou)