Azadsöz.az xəbər verir ki, bu gün İkinci Vətən müharibəsində şəhid olan Göyçayın Qarayazı kənd sakini, İlham Umud oğlu Hüseynovun ad günü məzarı önündə qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək,İlham Hüseynovun keçdiyi döyüş yolundan, qəhrəmanlıq əzimkarlığından danışıb. 44 günlük Vətən müharibəsində güclü həmrəyliyin, yenilməz ruhun bir daha şahidi olduğumuzu diqqətə çatdırıb.
Daha sonra tədbirdə çıxış edənlər şəhid İlham Hüseynovla bağlı xatirələrini bölüşüblər.Tədbirin sonunda Şəhidin ailə üzvləri diqqət və qayğıya görə İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə təşəkkürünü bildiriblər.
***
09:05
Azadsöz.az xəbər verir ki, bu gün şəhid İlham Hüseynovun doğum günüdür.İlham Ümid oğlu Hüseynov 2000-ci il sentyabr 8-də Göyçayın Qarayazı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.İlham Hüseynov oktyabrın 19-da şəhid olub. Göyçayda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.