Azadsöz.az xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev dünən təcridxanada vəfat edib.
Sabiq icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.
O, 2019-cu ildə həbs edilmişdi.